EN

Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.

"Ölkə.az"ın APA-ya istinadən məlumatına görə, həmin fakültələr artıq keçmiş Asiya Universitetinin binasına köçürülüb.

BDU-dan məlumatı təsdiqləyiblər.

Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.

Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya qaytarıldıqdan sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.

Chosen
67
10
olke.az

10Sources