EN

"Ninkoviçin qırmızı vərəqəsi planlarımızı pozdu" - Saşa İliç

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Zirə" və "Sumqayıt" klubları üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis ilk növbədə oyunun gedişatına təsir edən məqamları və qırmızı vərəqənin planlarını necə alt-üst etdiyini vurğulayıb:

"İlk növbədə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Kubok oyunları hər zaman çətin keçir. İlk hissədə pis təsir bağışlamadıq, lakin fasilədən sonra yol verdiyimiz səhvlər qapımızda qollarla nəticələndi. İkinci hissədə vəziyyəti dəyişməyə çalışsaq da, Nikola Ninkoviçin aldığı qırmızı vərəqə bütün planlarımızı pozdu".

S.İliç komandadakı eniş dövrü və avrokubok şansları ilə bağlı jurnalistlərin suallarını belə cavablandırıb:

"Mövsümə çox yaxşı başlamışdıq, lakin müəyyən müddətdən sonra eniş yaşamağımız bir reallıqdır. Qarşıda hələ oyunlarımız var və əlimizdən gələni edəcəyik. Lakin turnir cədvəlindəki vəziyyəti və xal fərqini nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq hazırda çox çətin görünür".

Baş məşqçi Nikola Ninkoviçin intizamsızlığı və komandadakı ümumi atmosferə də toxunub:

"Nikola Ninkoviçdən gözləntilərimiz həqiqətən böyükdür. O, qırmızı vərəqə alaraq bizi çətin vəziyyətdə qoydu. Bəlkə də psixoloji sıxıntıları var, dəqiq deyə bilmərəm, amma fakt budur ki, o, hələ ki ümidlərimizi doğrultmur. Bununla yanaşı, komandada ciddi intizam problemi olduğunu düşünmürəm. Futbolçular sadəcə verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışırlar".

Chosen
12
1
teleqraf.com

2Sources