EN

Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yük maşını piyada keçidindən keçmək istəyən motosikletlini vurub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Dənizli şəhərində baş verən hadisə kameralara düşüb. Belə ki, 52 yaşlı Məhəmməd Aydın idarə etdiyi motosikletlə yolun birinci hissəsindən piyadalar üçün  nəzərdə tutulan keçiddən keçib. Lakin yolun ikinci hissəsində piyadalar üçün işıqforun qırmızı işığı yanıb. Buna diqqət etməyən motosiklet sürücüsü keçiddən keçmək istəyərkən yüksək sürətlə idarə olunun 20-BK-359 nömrə nişanlı çörək daşıyan yük maşını onu vurub. Zərbənin təsirindən asfalta çırpılan 52 yaşlı sürücü metrlərlə sürüklənib.

Qəza nəticəsində Məhəmməd Aydın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Polis yük maşınının sürücüsünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
avtosfer.az

1Sources