ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb.
Oyun biletlərinin qiymətində endirim olub. "VIP Silver" sektoruna biletlərin qiyməti 3, "VIP Gold" sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri "Neftçi"nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionumuzun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.