EN

Ankara: İsrail mediaya qarşı növbəti hücum həyata keçirib

İsrail həqiqəti gizlətmək məqsədilə media nümayəndələrinə qarşı növbəti hücum edib. Bu barədə Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlama verib.

Musavat.com xəbər verir ki, Duranın sözlərinə görə, Ankara İsraildə saxlanılan CNN Türk-ün müxbiri Emrah Çakmak və telekanalın operatoru Halil Kahramanın tezliklə azad olunması üçün zəruri addımlar atır.

O bildirib ki, Türkiyə tərəfi məsələni yaxından izləyir və jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün diplomatik kanallar vasitəsilə müvafiq təşəbbüslər göstərilir. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Musavat.com 

Chosen
27
musavat.com

1Sources