EN

Son iki saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edildi

İrandan Azərbaycana martın 3-də saat 17:00-dan 19:00-a qədər "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 50 nəfərin təxliyəsi həyata keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, onlardan 7-si Azərbaycan vətəndaşı olub.

Bundan başqa, Çin 16, Rusiya 15, Cənubi Afrika Respublikası 3, Gürcüstan 2, Filippin, İtaliya və Nigeriyanın hərəsinin 1 vətəndaşı təxliyə edilib.

Rusiya vətəndaşlarından 2-si səfirlik əməkdaşı olub.

Bizim.Media

Chosen
100
2
bizim.media

7Sources