...“Təyyarədaşıyan gəmiləri və barelləri saymaq” vərdişi Qərbin Yaxın Şərq münaqişəsindəki “ölümcül səhvidir”". SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Tsarqrad”ın qurucusu Konstantin Malofeev öz Telegram kanalında bildirib.
O qeyd edib ki, İrana edilən zərbələr və Ayətullah Xameneinin öldürülməsi sadəcə hərbi əməliyyat deyil, “sionist işğalçı hökumətindən azad olan sonuncu suveren ölkənin sionizmə meydan oxumasıdır”.
Malofeevə görə, Ayətullah Məkarim Şirazinin cihad elan etməsi “qədim sivilizasiyanın təbii müdafiə reaksiyasıdır”.
...Qərb strateqləri təyyarədaşıyan gəmiləri və barelləri saymağa öyrəşiblər. Bu, ölümcül bir səhvdir. Onlar başa düşmürlər ki, Şərqdə ideyalar insanlardan daha çox yaşayır. İndi Xamenei siyasətçi deyil, şəhiddir. Onun üzü şeytani Qərbə qarşı səhralarda deyil, Avropa və Amerika şəhərlərinin küçələrində müharibə aparacaq nəsillər üçün bayraq olacaq.
Bunu daMalofeev bəyan edib.
...“Tsarqrad”ın qurucusu əmindir ki, dünya böyük bir çevriliş dövrünə qədəm qoyur və “tanrısız qlobalizm diktaturasına” əsaslanan köhnə dünya nizamı “alovlu Yaxın Şərq və əzab çəkən Donbas”ın alovunda çökür..?
Əli Babayev