Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib.Bu barədə Ermənistan KİV xəbər verir.
Tbilisi Beynəlxalq Hava Limanında Ermənistan Baş nazirini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.
Paşinyan martın 4-də Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci sessiyasında iştirak edəcək, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.