EN

Pezeşkiandan ölkədəki son vəziyyətlə bağlı AÇIQLAMA

"Milli birlik bizim ən mühüm dəyərimizdir. Mövcud vəziyyətə baxmayaraq, ölkədə həyat dayanmayıb".

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial media hesabında yazıb.

"Biz əyalət rəhbərləri ilə birbaşa əlaqədəyik. Mövcud vəziyyətə baxmayaraq, ölkədə həyat dayanmayıb. Fəaliyyətlər ölkə üzrə davam edir. Zəruri səlahiyyətlərin əyalətlərə həvalə olunması ilə qərarlar tez və yerli şəraitə uyğun şəkildə qəbul edilir. Milli birlik bizim ən mühüm dəyərimizdir", - deyə İran prezidenti bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
3
olaylar.az

4Sources