EN

İsveçdə ərzaq və yanacaq bahalaşır

Stokholm, 3 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə ərzaq və yanacağın bahalaşması müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu ölkədə ərzaq qiymətləri üzrə ən böyük tətbiq olan “Matpriskollen”in məlumatına görə, fevralda heyvan əti 1,7, meyvə və giləmeyvələr 0,8, balıq və dəniz məhsulları 0,4 faiz bahalaşıb. Tərəvəz və süd məhsulları isə 0,6 faiz ucuzlaşıb. Ümumilikdə son bir ildə ərzaq məhsullarının qiyməti 1,1 faiz artıb.

Eyni zamanda, həftəsonu Yaxın Şərqdə baş verən hadisələrdən sonra İsveçdə benzinin bir litri 16 krona (təxminən 1,8 dollar) çatıb. Ekspertlərin qiymətləndirməsinə görə, gərginlik davam edərsə, bir ay ərzində qiymətlərdə daha 10 faiz artım müşahidə oluna bilər. Buna səbəb Hörmüz boğazından gəmilərin hərəkətinin dayandırılmasıdır. Əgər boğazın blokadası 1 ay davam edərsə, İsveçdə benzinin 1 litrinin qiymətinin 17,5 krona (təxminən 1,9 dollar) çatması mümkündür.

Chosen
19
1
azertag.az

2Sources