EN

"Mənə efir qadağası qoyublarsa..." - Meyxanaçı Samirə

Meyxanaçı Samirə televiziyalarda ona efir qadağası qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib. 

Musavat.com-a açıqlama verən meyxanaçı bildirib ki, olanlardan məlumatsızdır:
"Vallah, mənim xəbərim yoxdur. Mənə efir qadağası qoyublarsa, Allah canlarını sağ eləsin. Mən işimdə-gücümdəyəm. İllərin ali savadlı, həyatını incsənətimizə həsr edən, xeyirxah müğənnisinə qadağa qoyurlarsa, mən nə deyim? Daha sözüm yoxdur"

Qeyd edək ki, Manşet.az efir qadağası qoyulan məşhurlar deyə ikinci siyahı yayımlayıb. İddiaya görə, aşağıdakı müğənni və sənət adamlarına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:
Vəfa Şərifova
Təranə Qumral
Musa Musayev
Pərvin Abıyeva
Əli Mirəliyev
Aytac Vidadi qızı
Meyxanaçı Samirə
Fərəh Samirəqızı
Ayan Babakişiyeva
Müjgan Ayxan
Aşıq Mübariz
Türkan Vəlizadə
Aytac Tovuzlu
Yaşar Qafanlı
Afaq Aslan
Sevil İsgəndərli
Elşən Xəzər
Elit star Cəmilə
Rəqqasə Aygün
Müğənni Luna
Arzu Abdulova
İsrail Məmmədov
Günel Ələkbərova (“Pişik Günel”)
Səma Abdullayeva
Səbinə Abdullayeva
Firuzə Babayeva
Arzuxanım Həsənova
Aygül Səfərova
Niqa Yılmaz
Meydan Əsgərov
Chosen
10
yenilik.az

1Sources