EN

Onlar heç vaxt böyüməyəcək - FOTOLAR

ABŞ və İsrailin İrana hava zərbələri nəticəsində həlak olan qız şagirdlər dəfn edilib.

“Yeni Sabah” xəbər verir ki, Minab şəhərində kütləvi dəfn həyata keçirilib.

Qız məktəbində təhsil alan 140 şagirdin meyiti dağıntılar altından çıxarılıb, şəxsiyyətləri dəqiqləşdirilib. Bundan sonra onların dəfninə icazəsi verilib. 25 meyitin isə hələ də şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Şagirdlərin və müəllimlərin dəfn mərasimində izdiham yaşanıb.

Qeyd edək ki, ABŞ və İsrail devralın 28-də Minabın Şəcərə Təyyibə qızlar məktəbinə zərbə endirib. Nəticədə 165 nəfər həlak olub. Şagirdlər, pedaqoji heyət və valideynlər olmaqla 95 nəfər isə yaralanıb.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
3
yenisabah.az

1Sources