EN

Efir qadağası qoyulduğu iddia edilən Əli Mirəliyev: “Mən oxuyan deyiləm, aparıcıyam” - ÖZƏL

Müğənni Əli Mirəliyev adının efir qadağası qoyulduğu iddia olunan ifaçılar sırasında yer almasından danışıb.

Bu barədə sənətçi Bizim.Media-ya açıqlama verib. Ə. Mirəliyev uzun müddətdir aparıcılıq etdiyini bildirib:

“Siyahıda mənim adım var hə? Qalmaqallı, əyri, ara mahnıları oxuyan Əli Mirəliyev mənəm deyəsən? Ağır cinayət törətmişəm, ara mahnıları oxumuşam axı. Mən oxuyan deyiləm, aparıcıyam. Kanal S-də aparıcı işləyirəm, artıq 10 il olacaq. Əvvəl ARB-də idim, sonra Kanal S-ə keçdim. Hər gün səhər bir saat efirdə oluram. Bir nəfər ortaya söz atıb, aləm dəyib bir-birinə, hamı mənə zəng edir. Artıq cavab verməkdən yorulmuşam”.

Qeyd edək ki, Manset.az saytı bir sıra müğənnilərin adının yer aldığı siyahı təqdim edərək onlara efir qadağası qoyulduğunu iddia edib.

Sara, Bizim.Media

Chosen
18
bizim.media

1Sources