EN

Əli Mirəliyevin leksik avaragorluğu: jurnalisti söyən sənətkar

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Əli Mirəliyev əksəriyyətin ağlına onun hansısa mahnısı yox, efirlərdə çıxardığı rəzalət gəlir. Məsələn, canlı efirdə bir müğənninin qolundan, üzündən öpərək pornoqrafik səslər çıxarması, yenə canlı efirdə rəqqasənin qabağında diz çöküb əl çalması, "həyat yoldaşımla bacı-qardaşıq" deməsi, - yox, hələ davamı var - efirdə müəllifi olmadığı mahnını öz adına çıxarmağa çalışması, Roza Zərgərli ilə canlı yayımda diz çöküb qucaqlaşması, öpməsi və sair və ilaxır yada düşür. Bir sözlə, sənətdən başqa hər şey. Sənət olmayanda belə hərəkətlərlə diqqət çəkmək ehtiyacı yaranır, əksəriyyət onu bu əxlaqi "süddənyanıqlıqla" tanıyır. Oxumağa gəlincə isə, qarşında səni dinləyən nəhəng bir divar qalır və  sən də əlindəki mikrofonla çevrilib olursan "divaraoxuyan".

Bu gün efir qadağası qoyulan müğənnilərin qeyri-rəsmi siyahısı dərc edilmişdi. Siyahıda Əli Mirəliyevin də adı var idi.

Lent.az-ın əməkdaşı Əli Mirəliyevə zəng edərək bununla bağlı münasibətini öyrənməyə çalışdı. O, isə ən ağır təhqirlər və söyüşlərlə öz leksik avaragorluğunu ortaya qoydu. Olmazın söyüşlərini söyüb telefonu bağladı. Yox, bununla da ürəyi soyumadı, daha sonra zəng edib operator xanım əməkdaşımızı da təhqir etdi. 

Siyahı hər nə qədər rəsmi olmasa da, Əli Mirəliyev bu davranışı ilə bir daha sübut etdi ki, onun kimiləri nəyinki efirə, heç sünnət məclisinə də çağırmaq lazım deyil. Efirdə onu-bunu öpməklə əldən düşmüş fantaziyalarını imitasiya edən Əli Mirəliyev bilməlidir ki, zəng edib ondan açıqlama almaq istəyən jurnalistə o cür təhqirlər yağdırmaq, yüngül desək, mənəvi "xuliqanlıqdır".

Məsələyə hamı bizim kimi təmkinli yanaşmır, eşidib-bilən olsa, deyəcək ki, yaşlanıb, ağlı gedib. Amma biz Əli Mirəliyevə yaşıllığın gətirdiyi müdriklik, dinclik və səbri arzulayırıq...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
lent.az

1Sources