EN

Aktrisa direktoru məhkəməyə verib töhməti ləğv etdirdi

Aktrisa direktoru məhkəməyə verib töhməti ləğv etdirdi

Aktrisa Nərmin Əhmədova ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasındakı mülki məhkəmə çəkişməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi ötən gün yekun qərarını açıqlayıb. Bu iş üzrə iddiaçı Nərmin Əhmədovadır. Aktrisa ötən ilin mayında teatrın direktoru Rəşad Əhmədzadə tərəfindən ona verilən şiddətli töhmət əmrinin ləğv edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Bundan əlavə, mənəvi ziyana görə 10 min manat təzminat tələb edib.

Məhkəməyə təqdim edilmiş sənədlərdə qeyd olunur ki, Nərmin Əhmədova teatr rəhbərliyi və əməkdaşlarla mübahisə edərək qeyri-etik sözlər işlədib, həmçinin teatrın foyesinə vurulan şəklinin götürülməsi ilə bağlı iğtişaş salıb. Lakin aktrisa bu iddiaları rədd edərək, direktorun onunla kobud davrandığını və əmrin qanunsuz olduğunu bildirib.

Səbail Rayon Məhkəməsi aktrisanın şikayətini əsaslı hesab edərək şiddətli töhmət əmrini ləğv edib, lakin 10 min manatlıq təzminat tələbini rədd edib. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Chosen
68
afn.az

1Sources