EN

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV

Martın 3-də Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.

155 vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 117-sinin səs verdiyi prosesdə qanunvericiliyə uyğun olaraq 14 namizəddən 7-si səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilib:

1. Nuriyev Zakir Əlibala oğlu - Azərbaycan Banklar Assosiasiyası

2. Atakişiyev Ruslan Bahyəddin oğlu - “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyi

3. Xəlilov Vüsal İbrahim oğlu - “Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri” İctimai Birliyi

4. Alxasov Cavanşir Ağasəlim oğlu - Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

5. Əhmədov Əli Zülfiqar oğlu - Media subyekti, “Fed.az” MMC

6. Nuriyeva Şəbnəm Cümşüd qızı - Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, müəllim, fəlsəfə doktoru

7. Cəfərov Eldəniz Şükür oğlu - Media subyekti, ekspert

Chosen
32
2
marja.az

3Sources