EN

İranlı qadın futbolçular dövlət himnini oxumaqdan imtina etdilər

İranın qadınlardan ibarət futbol millisi Asiya Kubokunda Cənubi Koreyaya qarşı oyundan əvvəl dövlət himnini oxumayıb.

Publika.az xəbər verir ki, start fitindən əvvəl himnin səsləndirilməsi zamanı kameralar İran komandasını göstərərkən futbolçular və baş məşqçi melodiyanı səssiz şəkildə dinləyiblər.

Oyundan sonra İran millisinin baş məşqçisi Marziyeh Cəfəri və futbolçular ölkədəki siyasi vəziyyətlə bağlı sualları cavablandırmaqdan imtina ediblər.

Turnir 1-25 mart tarixlərində Avstraliyada keçirilir. İran yığması ilk matçında Cənubi Koreyaya 0:3 hesabı ilə məğlub olub.

Chosen
3
publika.az

1Sources