İran Dohadakı Həməd beynəlxalq hava limanına zərbə endirməyə cəhd edib, lakin uğursuzluğa düçar olub.
"Far.Az"un Yaxın Şərq KİV-lərinə istinadən xəbər verdiyinə görə, bunu Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, beynəlxalq hava limanına hücum cəhdlərinin hamısının qarşısı alınıb.
Əl-Ənsari həmçinin qeyd edib ki, hazırda Qətərin İranla heç bir əlaqəsi yoxdur, eləcə də Tehran raket zərbələri və pilotsuz uçuş aparatlarının hücumları barədə Dohanı xəbərdar etməyib.
O həmçinin əlavə edib ki, ərəfədə Qətər tərəfindən vurulan və Qətər paytaxtına doğru istiqamət alan iki İran təyyarəsi vurulmazdan əvvəl əvvəlcədən xəbərdar edilmişdi. Əl-Ənsari həmçinin bildirib ki, Qətər pilotların axtarışını aparır.