EN

“Zirə”də heyət təmizlənir ilk ayrılıq dəqiqləşdi

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Zirə"nin yayda yollarını ayıracağı futbolçulardan biri dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "qartallar" Eldar Quliyevlə vidalaşmaq niyyətindədir. Ukrayna vətəndaşı olan oyunçunun mövsümün sonunda bitən müqaviləsi yenilənməyəcək.Baş məşqçi Rəşad Sadıqov da 23 yaşlı yarımmüdafiəçinin performansından narazıdır. Quliyev məhz bu səbəbdən cari mövsüm çox az forma şansı əldə edib. O, Misli Premyer Liqasında 6, ölkə kubokunda 1 matçda iştirak edib. Quliyev 108 dəqiqədə meydanda olubsa, qol və məhsuldar ötürmə ilə də yadda qalmayıb. Qeyd edək ki, Eldar Quliyev 2023-cü ilin fevralından "Zirə"də çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
sport24.az

1Sources