EN

Ronaldo 61 milyon bahasına Ər-Riyaddan getdi

Bölgədəki gərginlik fonunda Kriştiano Ronaldonun şəxsi təyyarəsi Səudiyyə Ərəbistanından Madridə uçub.

"Unikal" xəbər verir ki, uçuş futbol ulduzuna təxminən 61 milyon funt sterlinq bahasına gəlib.

Portuqaliyalı futbolçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır və Ər-Riyadda yaşayır. 
Uçuş məlumatlarına görə, Ronaldonun Bombardier Global Express təyyarəsi günorta saatlarında Ər-Riyaddan havaya qalxıb və təxminən yeddi saat sonra Madridə eniş edib.

Onun və ailəsinin ölkəni tərk edən təyyarədə olub-olmadığı məlum deyil.

Yaxın Şərqdə davam edən hərbi gərginlik bölgədə yaşayan digər məşhurlar arasında da narahatlığa səbəb olub.

Ağarza Elçinoğlu 

Chosen
4
1
unikal.az

3Sources