EN

Təl-Əvivdə “CNN Türk”ün çəkiliş qrupu SAXLANILDI – VİDEO

Tel-Əvivdə “CNN Türk”ün çəkiliş qrupu saxlanılıb

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Tel-Əvivdə “CNN Türk” telekanalının müxbiri Əmrah Çakmak və operator Xəlil Qəhrəman saxlanılıb. Jurnalistlər İsrail Müdafiə Nazirliyinin binası yaxınlığında canlı yayım həyata keçirərkən yerli təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüblər.

Məlumata görə, media nümayəndələri həmin vaxt İranın raket hücumundan dərhal sonra mülki əhalinin sığınacaqlardan çıxma anlarını nümayiş etdirirmişlər. Çəkiliş qrupu polis bölməsinə aparılıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bəyan edib ki, Ankara jurnalistlərin ən qısa zamanda azad olunması üçün zəruri addımları atır və vəziyyəti yaxından izləyir. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik isə bu hadisəni “mətbuat azadlığına qarşı təcavüz” adlandıraraq, jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
interpress.az

1Sources