EN

MS onu “Real”dan ayıra biləcək?

Vinisius Juniorun mövsümün sonunda “Real”dan ayrılmaq ehtimalı getdikcə artır.

"Football-plus,az" xəbər verir ki, “Mançester Siti” braziliyalı futbolçunu transfer etməyi planlaşdırır.

“Marca” qəzetinin məlumatına görə, “şəhərlilər” cinah hücumçusunun müqavilə vəziyyətini yaxından izləyir və onu komandaya qoşulmağa razı salmağa çalışır. İngiltərə klubu futbolçuya maaş limiti səbəbindən Madrid klubunun təqdim etməyə hazır olmadığı daha sərfəli müqavilə şərtləri təklif edə bilər. MS rəhbərliyinin əsas məqsədi Vinisiusu müddəti 2027-ci ilin yayında sona çatacaq əmək müqaviləsini yeniləməməyə inandırmaqdı.

24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına əsasən, Vinisiusun bazar dəyəri 150 milyon avroya bərabərdi.

Chosen
17
1
football-plus.az

2Sources