EN

İran, İsrail, TRIPP... - Simonyan: “Tanrıya şükür...”

İran ətrafında və Qərbi Asiyada baş verən hadisələr TRIPP layihəsi üçün heç bir təhlükə yaratmır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib.

"Baş verən itkilərə görə dərin təəssüf hissi keçiririk və ümid edirik ki, bu hadisələr uzun sürməyəcək. Axı bütün bunlar birbaşa qonşumuzun başına gəlir ki, bu da bizi narahat etməyə bilməz. Eyni zamanda, bunun çox böyük bir geosiyasi məsələ və bəlkə də ən böyük müharibələrdən biri olduğunu başa düşürük. Tanrıya şükür, bunun bizimlə heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, bu, Ermənistanın maraqlarına heç bir şəkildə təsir etməyəcək", - Simonyan vurğulayıb.

Milli Məclisin sədri müharibə şəraitində Ermənistan və Azərbaycanın "birlikdə sülhün konturlarını tapa" bilməsini çox xoş bir hadisə hesab edir.

Simonyan əmindir ki, Ermənistan Respublikasını sülh prosesinə təhlükə yarada biləcək hər hansı bir prosesdən qorumaq lazımdır.


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources