EN

TRIPP layihəsi təbii qaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq - SOCAR rəsmisi

Bakı. Trend:

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsiregionumuzda şərq-qərb bağlantısının struktur davamlılığınınmöhkəmləndirilməsi baxımından mühüm mərhələdir.

Trend xəbərverir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bu gün Bakıdakeçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ciiclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclasıçərçivəsində çıxışında deyib.

O bildirib ki, enerji infrastrukturunu özündə birləşdirəninteqrə olunmuş dəhliz kimi nəzərdə tutulan bu marşrut MərkəziAsiya, Azərbaycan, Türkiyə və Avropa bazarları arasında neft, təbiiqaz və elektrik enerjisi axınları üçün yeni imkanlar yaradacaq:"Mövcud enerji əlaqələrini gücləndirməklə yanaşı, bu təşəbbüs yaşılenerjinin ötürülməsi və aşağı karbonlu enerji sistemlərinininteqrasiyası üçün də yeni perspektivlər açır. Marşrutlarınşaxələndirilməsi, sistem dayanıqlığının və regional qarşılıqlıasılılığın artırılması vasitəsilə bu layihə Orta Dəhlizin stratejiplatforma kimi rolunu daha da möhkəmləndirəcək, regionumuzunformalaşmaqda olan enerji mərkəzi kimi mövqeyini gücləndirərəkuzunmüddətli enerji təhlükəsizliyi və dayanıqlı iqtisadi inkişafatöhfə verəcək".

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources