EN

Türkiyəli jurnalistlər İsraildə saxlanılıb

Türkiyənin CNN Türk kanalının müxbiri Emrah Çakmak və operator Halil Kahramanın İsraildə saxlanıldığı bildirilir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran məlumat verib.

O bildirib ki, jurnalistlərin azadlığa buraxılması üçün lazımi tədbirlər görülür:

“Jurnalist həmkarlarımızın ən qısa zamanda azadlığa buraxılması üçün zəruri addımlar atılır və məsələ həssaslıqla izlənilir”, - o qeyd edib.

Chosen
27
3
apa.az

4Sources