EN

İsrail Xameneinin yerini necə tapıb?

İranın Ali Lideri Ayətullah Əli Xameneinin sui-qəsdi İsrail kəşfiyyat agentlərinin Tehranda yol hərəkəti kameralarından istifadə edərək illərlə davam etdirdiyi müşahidənin nəticəsidir.

"Unikal" xəbər verir ki,  bu barədə "Financial Times" (FT) qəzetinin mənbələrə istinadən yazıb. 

Nəşrin məlumatına görə, "Mossad" agentləri İran paytaxtındakı yol hərəkəti kameralarını sındırıb və İsraildəki serverlərə şifrələnmiş məlumatlar ötürüblər. Qeyd olunur ki, əməliyyatdan çox əvvəl kəşfiyyat agentləri Tehranı "böyüdükləri küçə kimi" tanıyırdılar.

FT-nin mənbələrindən biri aydınlaşdırıb ki, kameralardan birinin baxış bucağı onlara Ali Liderin Pasteur küçəsindəki iqamətgahının yaxınlığındakı dayanacaqda avtomobillərin yerini müəyyən etməyə imkan verib. Müşahidə zamanı İsrail kəşfiyyat zabitləri təhlükəsiz kompleksin əməliyyat xüsusiyyətlərini başa düşə biliblər.

Bundan əlavə, Xameneinin sui-qəsdinə hazırlıq məqsədilə İsrail mütəxəssisləri yaxınlıqdakı təxminən 12 mobil telefon qülləsinin ayrı-ayrı komponentlərini sıradan çıxarmağı bacarıblar. Bu, zəng edildikdə telefonların işlək görünməsinə səbəb olub və potensial xəbərdarlıqların Ayətullahın təhlükəsizlik xidmətinə çatmasının qarşısını alıb. 

Gülayə Mecid 

Chosen
19
6
unikal.az

7Sources