EN

"Arsenal" braziliyalı müdafiəçi Mateuzinyonu heyətinə qatmaq istəyir

İngiltərənin "Arsenal" klubu Braziliyanın "Korintians" komandasında çıxış edən 25 yaşlı sağ cinah müdafiəçisi Mateuzinyonun transferi üçün rəsmi addım atıb.

"Report" "Daily Arsenal"a istinadən xəbər verir ki, London təmsilçisi müdafiə xəttini gücləndirməkdə maraqlıdır.

"Topçular"ın baş məşqçisi Mikel Arteta futbolçunun heyətə qatılmasında israr edir. Lakin "Korintians" əsas oyunçularından birini satmaq niyyətində deyil və bu məsələdə sərt mövqe nümayiş etdirir.

Buna baxmayaraq, Mateuzinyo özü keçid üçün israr edərsə, Braziliya klubunun mövqeyinə yenidən baxacağı istisna olunmur.

Müdafiəçi cari mövsümdə keçirdiyi 13 oyunda bir qol vurub.

Qeyd edək ki, Mateuzinyonun "Korintians" ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 6 milyon avro qiymətləndirir.

Chosen
13
far.az

1Sources