EN

Laporta hamıdan çox imza toplayıb

“Barselona” prezidenti seçkilərində namizədləri dəstəkləmək üçün toplanan imzaların sayı açıqlanıb.

Msport.az xəbər verir ki, rəsmi qeydiyyat üçün hədd 2237 imzadır.

Klubun keçmiş prezidenti Joan Laporta ən çox imza təqdim edib – 8171. 2021-ci ildə keçirilən son seçkilərdə o, 10272 imza toplaya bilmişdi. “Blauqrana”nın keçmiş məşqçisi Xavinin dəstəklədiyi Viktor Font 5144 imza toplayıb. Onu doqquz imza toplayan Uilyam Meddok da dəstəkləyib.

“Barsa” akademiyasının yetirməsi Mark Siria onu dəstəkləyənlərin 2840 imzasını təqdim edib. “Barselona”nın idarə heyətinin keçmiş üzvü Xavi Vilajoana 1621 imza toplaya bilib. Buna görə də o, rəsmi olaraq namizəd kimi qeydiyyata alınmayacaq.

Digər namizəd Daniel Xuan cəmi 84 imza təqdim edib.

Chosen
9
5
msport.az

6Sources