EN

Tanınmış iranlı futbolçu müharibəyə getmək istəyir

Yunanıstanın “Olimpiakos” klubunda çıxış edən iranlı futbolçu Mehdi Taremi ölkəsinə qayıdaraq orduya qoşulmaq istədiyini açıqlayıb.

İdmanxeber.az Türkiyənin “Milliyet” nəşrinə istinadən verdiyi məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra 33 yaşlı hücumçu klub rəhbərliyinə müraciət edərək hərbi komandanlığın yanında yer almaq, silahlanmaq və vətənini müdafiə etmək niyyətində olduğunu bildirib.

Lakin İran Futbol Federasiyası rəsmilərinin futbolçunu Yunanıstanda qalmağa və karyerasını davam etdirməyə razı salmaq üçün ciddi səylər göstərdiyi qeyd olunur.

Chosen
20
idmanxeber.az

1Sources