EN

BDU da “Danışır təcrübə” layihəsinin ilk görüşü

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Danışır təcrübə” layihəsinə başlanılıb. Layihənin ilk qonağı tanınmış telejurnalist, aparıcı Günel Gözəlova olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu layihənin tələbə jurnalistlərin inkişafında böyük rol oynayacağını, peşəkarların təcrübələrinin nəzəri bilikləri möhkəmləndirəcəyini qeyd edib. Vurğulayıb ki, BDU ölkəmizdə yüzlərlə peşəkar jurnalist kadrının formalaşmasında əvəzsiz məktəb rolunu oynayır: “Məzunlarımızın təcrübələri tələbələr üçün gələcəkdə jurnalistikanın hansı sahəsi üzrə ixtisaslaşacaqları ilə bağlı vahid fikir formalaşdırmağa imkan yaradacaq”.

Günel Gözəlova qeyd edib ki, ən müxtəlif sahələri özündə birləşdirməyi bacaran jurnalistikanın əhatə dairəsi çox genişdir. Bu imkandan faydalanan gənc jurnalistlər düzgün seçim etməyi bacarmalı və günün nəbzini tutmalıdır: “Bu fakültə hər zaman yetirmələri ilə fərqlənib. Bunun səbəbi təqdimetmə və tanıtmaq bacarığıdır. Müasir jurnalistikamızda yaranan problemlərin bir çoxuna səbəb də məhz bu bacarıqların olmamasıdır. Gərək jurnalistlərimiz özlərinə güvənsin və doğrunun ardınca getməyi bacarsın”.

Müasir teleməkanda Azərbaycan dilinin istifadəsindəki nöqsanlardan da danışan tanınmış telejurnalist Günel Gözəlova dilimizin düzgün istifadəsinin jurnalistikamızın başlıca normalarından olduğunu vurğulayıb: “Bu gün efirdə ifadələrin düzgün tələffüz edilə bilmədiyinin şahidi oluruq. Bunun üçün yalnız praktika deyil, nəzəri bilik çox önəmlidir. Nəzəri biliyimizi praktikamızla cilalamaq işin əsas nöqtəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
azertag.az

1Sources