EN

İsrailin quru qoşunları Livana daxil oldu

İsrailin quru qoşunları Livanın cənubuna daxil olub.

Sitat.info  İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. 

Məsələ barədə danışan müdafiə naziri İsrael Katz bildirib ki, quru qoşunlarının cənubi Livanda irəliləməsi İsrail yaşayış məntəqələrinə birbaşa atəşin qarşısını almaq məqsədi daşıyır:

“Baş nazir Binyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə Livanda irəliləməyə və əlavə dominant ərazilər ələ keçirməyə, həmçinin sərhəd yaşayış məntəqələrini oradan müdafiə etməyə icazə vermişik”.

O, “Hizbullah”a qarşı əməliyyatın uğurla həyata keçirildiyini, terror təşkilatının İsrailə zərbə endirmənin ağır fasadlarını görəcəyini qeyd edib.

Chosen
4
1
sitat.info

2Sources