EN

Boşanma zamanı qadınların niyyəti nəzərə alınsın – Deputatdan təklif

Bakı. Trend:

Azərbaycanda nikah və boşanmalarla bağlı vəziyyət ürəkaçandeyil, acınacaqlı vəziyyət var.

Trend xəbərverir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenariclasında İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrəməruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, ötən ilin 9 ayı ərzində 40 minnikahdan 17 mini boşanma ilə nəticələnib. Bakı şəhərində qeydəalınmış nikahların 56 %-i boşanma ilə nəticələnib:

“100 nəfər nikah bağlayan ailə varsa, bir il keçməmiş 56-sıboşanır. Bu, olduqca ciddi məsələdir. Bunun da bir qismində dahaçox evin kişi mənsubu şəxsini ittiham edib, daha çox ağırlığı onunüzərinə qoyub, aliment kəsirlər. Bunun da sıxıntısını onlarçəkirlər. Bir çox hallarda qadınlar tərəfindən məqsədli şəkildəailə qurduqdan bir neçə müddət keçdikdən, bir övlad dünyayagəldikdən sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbiirəli sürülür”.

Millət Vəkili Mediasiya Şurasına yeni səlahiyyət verilməsinitəklif edib:

“Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə xüsusiləqadınların, ola bilsin, kişilərin niyyəti ilə bağlı rəy versinlərvə məhkəmə bu rəyi xüsusi diqqətə alaraq alimentin kəsilməsindəədalətli olsun. Çünki bir çox hallarda ailənin boşanmasının karınımüəyyən etmək olmur”.

Chosen
4
az.trend.az

1Sources