EN

Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinin təməl dayağı olaraq qalacaq - Pərviz Şahbazov

Bakı. Trend:

Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinintəməl dayağı olaraq qalacaq və bu təhlükəsizlik vaxtındainvestisiyalarla və aydın siyasət çərçivələri ilə təminolunmalıdır.

Trend xəbərverir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bugün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cüiclası çərçivəsində çıxışında deyib.

"Süni intellekt, məlumat mərkəzləri və rəqəmsallaşma iləhərəkətə gələn elektrik enerjisi dövründəyik. Elektrik enerjisinətələbat sürətlə artır və bu artımı etibarlı şəkildə dəstəkləyəbilən yeganə miqyaslana bilən və çevik resurs hələ də təbii qazdır.Bu reallıq təbii qaza münasibətdə praqmatik yenidənqiymətləndirməni zəruri edir. Təbii qaz qarşıdakı onilliklərərzində enerji təhlükəsizliyinin təməl dayağı olaraq qalacaq və butəhlükəsizlik vaxtında investisiyalarla və aydın siyasətçərçivələri ilə təmin olunmalıdır.

Bu kontekstdə məsləhət şuraları təbii qaz, bərpa olunan enerjivə şaxələndirilmiş enerji nəqli marşrutları üzrə əməkdaşlığı təşviqetməklə praktik həllər irəli sürür və bu platformanın əsasınıformalaşdırır", - nazir bildirib.

P. Şahbazov vurğulayıb ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazışaxələndirmə vasitəsilə enerji təhlükəsizliyi və təchizatsabitliyinin təminində mühüm rol oynamaqda davam edir:

"Mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan 2021-ci ildənbəri Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırıb,Transadriatik Qaz Kəməri (TAP) kəmərinin ötürmə gücü isə 1,2milyard kubmetr genişləndirilib. Azərbaycan həmçinin Suriyaya,Almaniyaya və Avstriyaya qaz tədarükünə başlayaraq təchizatşəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropayaqədər genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqınaüzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur".

Chosen
39
3
az.trend.az

6Sources