Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir".
Ölkə.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir.
"Müvafiq icra hakimiyyəti orqanının “Əmək və Məşğulluq” altsistemi üzərindən tərtib olunmuş göndərişlərinin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üzrə mexanizmlərin işlənib hazırlanması və ya bu kimi hallarda şəxslərin işsizlikdən sığorta
müavinəti ilə təmin edilməsi həlli vacib məsələlərdəndir",- o vurğulayıb.
Ombudsman bildirib ki, vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir",- o vurğulayıb.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.