Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Filipe Luis ilə yolları ayırıb.
QOL.az-ın “Globo” nəşrinə istinadən yaydığı məlumata görə, məşqçinin istefası ilə bağlı qərar Karioka Liqasında “Madureyra”ya qarşı matçın start fitindən əvvəl qəbul olunub.
Həmin görüşdə “Flamenqo” 8:0 hesablı qələbə qazanıb. Matçdan sonra isə Felipe Luisin istefası rəsmiləşdirilib.
Filipe Luis 2024-cü ildən kluba rəhbərlik edirdi. O, futbolçu karyerası ərzində də “Flamenqo”nun formasını geyinib.