EN

Ailəvi Aralıq dənizi qızdırması xəstəliyinin coğrafiyası - ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, molekulyar və diaqnostik genetika sahəsində tanınmış alim Afiq Bərdəli “FMF (Ailəvi Aralıq dənizi qızdırması) xəstəliyinin coğrafiyası” mövzusunda ustad dərsi keçib. Ustad dərsi 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Ustad dərsində professor Afiq Bərdəli Ailəvi Aralıq dənizi qızdırmasının əsasən regionda yayılmış genetik xəstəliklərdən biri kimi iltihabla müşayiət olunduğunu, təkrarlanan qızdırma tutmaları ilə özünü göstərdiyini deyib. Diqqətə çatdırıb ki, bu xəstəlik immun sisteminin anadangəlmə düzgün işləməməsi nəticəsində yaranır və bədənin öz toxumalarına qarşı həddindən artıq reaksiya verməsi ilə müşahidə olunur. FMF qızdırma epizodları qarın ağrısı, dəri səpkiləri və ümumi halsızlıq kimi əlamətlərlə ortaya çıxır. Xəstəlikdən ən çox təsirlənən orqanlar qarın boşluğu (periton), ağciyər plevrası, oynaqlar, böyrəklər və dəridir. Professor xəstəliyin yayılma coğrafiyası, simptomatik inkişaf xüsusiyyətləri, qarşısının alınması yolları ilə bağlı fikirlərini bölüşüb.

Chosen
12
1
ikisahil.az

2Sources