EN

59 cinayətin üstü açılıb

Yazını böyüt
Yazını kiçilt

Martın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 19 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 pulemyot, 2 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 mərmi, 10 tüfəng, 6 patron darağı və 230 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər də saxlanılıb.

Chosen
19
49
hafta.az

10Sources