EN

"İran 11 nüvə bombası istehsal etmək gücünə malik olduğunu deyirdi" - Uitkoff

"İslam Respublikası danışıqçıları ilk mərhələdə qürurla 11 nüvə bombası hazırlamaq üçün kifayət qədər urana sahib olmaları barədə danışırdılar. Bu çərçivədə razılaşma praktik olaraq mümkün deyildi". 

"Unikal" xəbər verir ki, bunu ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" verdiyi müsahibədə deyib. 

Trampın xüsusi nümayəndəsi vurğulayıb: "Danışıqların ilk mərhələsində hər iki İran hökuməti danışıqçısı utanmadan sahib olduqları 460 kiloqram 60 faiz zənginləşdirilmiş uranın 11 nüvə bombası hazırlamaq üçün kifayət olduğunu və bunun onlar üçün danışıqların başlanğıc nöqtəsi olduğunu bildirib.

Danışıqların ilk günündə onlar müxtəlif monitorinq mexanizmlərindən keçən və 11 nüvə bombası istehsal etmək gücünə malik olduqları bir nöqtəyə çata bildikləri ilə fəxr edirdilər".

Uitkoff bildirib ki, ABŞ ötən ilki hücumlarda İranın nüvə obyektlərini məhv edib və buna görə də Tehranın zənginləşdirilmiş uranı silaha çevirmək imkanı yoxdur. 

ABŞ diplomatı ikinci görüşün sonunda bu çərçivədə razılığa gəlməyin praktiki olaraq qeyri-mümkün olduğunu aydınlaşdırıb: "Lakin diplomatiyaya son şans vermək üçün üçüncü dəfə danışıqlar masasına qayıtdıq, amma üçüncü görüş heç də müsbət nəticə vermədi".

Ağarza Elçinoğlu 

Chosen
25
50
unikal.az

10Sources