EN

Ər-Riyaddakı ABŞ səfirliyi vurulub

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ABŞ-nin Ər-Riyaddakı səfirliyinin iki dron tərəfindən hədəfə alındığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb. 

Məlumata görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki hücumdan sonra yanğın baş verdiyini və binaya kiçik maddi ziyan dəydiyini açıqlayıb. 

"Fox News" İranın PUA-sının hücumu zamanı Ər-Riyaddakı ABŞ səfirliyinin boşaldıldığını və hücumda heç kimin xəsarət almadığını bildirib.

ABŞ-nin Ər-Riyaddakı səfirliyi son açıqlamasında insanları növbəti xəbərdarlığa qədər səfirliyə baş çəkməməyə çağırıb.

Chosen
32
1
ikisahil.az

6Sources