EN

Ər-Riyaddakı ABŞ səfirliyi vuruldu - YENİLƏNİB

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ABŞ-nin Ər-Riyaddakı səfirliyinin iki dron tərəfindən hədəfə alındığını açıqlayıb.

Aalet.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb. 

Məlumata görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki hücumdan sonra yanğın baş verdiyini və binaya kiçik maddi ziyan dəydiyini açıqlayıb. 

"Fox News" İranın PUA-sının hücumu zamanı Ər-Riyaddakı ABŞ səfirliyinin boşaldıldığını və hücumda heç kimin xəsarət almadığını bildirib.

ABŞ-nin Ər-Riyaddakı səfirliyi son açıqlamasında insanları növbəti xəbərdarlığa qədər səfirliyə baş çəkməməyə çağırıb.

***09:04

ABŞ-nin Ər-Riyaddakı səfirliyinə iki dron hücumu həyata keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı səfirliyin binasında yanğın baş verib.

Yanğın sahəsi kiçik olub və səfirlik binasına maddi ziyan dəyib.

Chosen
28
1
adalet.az

6Sources