EN

Maştağa sakinlərinin nəzərinə

Maştağa  Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

"Cebheinfo.az"

Chosen
26
7
cebheinfo.az

10Sources