EN

Adriana Limanın oğlu diqqət çəkdi FOTO

ain.az, Medicina portalına istinadən məlumat yayır.

Dünyaca məşhur model Adriana Lima, 2022-ci ildə dünyaya gətirdiyi oğlu Cyanın son şəkillərini sosial media hesabında paylaşıb.

Medicina.az xəbər verir ki, Victoria's Secret-in unudulmaz adlarından biri olan Adriana Lima, şəxsi həyatı ilə də diqqət çəkən biridir.

Valentina və Sienna adlı iki qızı olan Lima, 2022-ci ildə üçüncü dəfə ana olmağın həyəcanını yaşayıb.

Sosial media hesabında paylaşdığı şəkillərdə balaca Cyanın anasının xarakterik xüsusiyyətlərini daşıdığı diqqət çəkib.

Pərəstişkarları xüsusilə onun göz quruluşunun və baxışlarının anasına bənzərliyinə münasibət bildiriblər.

Qeyd edək ki, Lima əvvəllər oğullarına niyə Cyan adını verdiklərini izah etmişdi. Cyan dünyanın ən ekzotik sularının rəngini təmsil edir. Lima oğlunun gözlərinin də bu unikal mavi olduğunu vurğulayaraq, adın xüsusi bir məna daşıdığını bildirib.

Aygün

Medicina.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
icma.az

2Sources