EN

Milli Qəhrəmanımızın xatirəsi Sızranda anılıb

Yazını böyüt
Yazını kiçilt

Samara vilayətindəki Azərbaycan diasporunun nümayəndələri Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Sergey Senyuşkinin Sızran şəhərindəki məzarını ziyarət ediblər.

Hafta.az xəbər verir ki, anım tədbiri Samara vilayətindəki Azərbaycan diasporunun fəalları Elmar Rəsulov, Ələsgər Əlifov və Əzim Əzizov tərəfindən təşkil olunub.

Qəhrəmanın məzarına gül dəstələri düzülüb. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəhrəmanın bacısı Lyudmila Dolbilovaya Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin adından təşəkkür məktubu və xatirə hədiyyəsi təqdim edilib. Sergey Senyuşkinin doğmaları qəhrəmanın xatirəsinə və tarixi yaddaşın qorunmasına göstərdikləri diqqətə görə qonaqlara minnətdarlıqlarını bildirdilər.

Sergey Senyuşkin Samara vilayətində anadan olub. Peşəkar zabit Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azərbaycana gəlib və burada döyüşlərdə iştirak edərək cəsarət və yüksək peşəkarlıq nümayiş etdirib. O, 1992-ci ildə Xocalıda döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidentinin Fərmanı ilə ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Azərbaycanda küçələrdən biri onun adını daşıyır.

Milli Qəhrəmanın həyat yoldaşı və oğlu Azərbaycanda yaşayır.

Chosen
25
2
hafta.az

3Sources