17 aprel 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers”un 27-ci mərtəbəsində yerləşən “Silicon Valley” otağında Kapital Bank ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az bznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması (məruzəçi: Zaur Musayev);
– Bank tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi (məruzəçi: Zaur Musayev);
– “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə (məruzəçi: Arif Mehdiyev);
– Digər məsələlər (məruzəçi: Yaşar Məmmədov).
Səhmdarların yığıncaqda iştirakı nəzərdə tutulur.