EN

Qurbanov bu məşqçiyə rəğbət bəsləyirmiş

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib. Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu təcrübəli mütəxəssis Məşqçilərin I Forumunda deyib.O bu tədbirdə danışmağın məsuliyyətli olduğunu söyləyib:"Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".Q.Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:

"Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub-saxlamalıyıq".

Chosen
42
6
metbuat.az

7Sources