17 aprel 2026-cı il tarixində “Kapital Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması,
- “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi,
- “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə.