EN

Meksikada narkokartel rəhbəri qızıl tabutda dəfn edilib

Meksikada narkokartel rəhbəri qızıl tabutda dəfn edilib

Meksikanın "Xalisko Yeni Nəsil" narkokartelinin məhv edilmiş rəhbəri, "El Menço" ləqəbli Ruben Osegera Servantesin cənazəsi Sapopan bələdiyyəsindəki qəbiristanlığa qızıl tabutda gətirilib.

AFN.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb. Məlumata görə, matəm karvanı martın 2-si səhər saatlarında Xalisko ştatının paytaxtı Qvadalaxaradan yola düşüb. Qəbiristanlığa çatdıqdan sonra mərasimi katafalkı orkestr müşayiət edib, dəfn isə qapalı rejimdə keçirilib.

Nəşr vurğulayır ki, cənazənin daşınması və dəfn prosesi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Karvanın marşrutu və "Resinto de la Pas" qəbiristanlığının ərazisi federal və regional güc strukturları tərəfindən patrulla nəzarətə götürülüb. Dəfn bürosunun qarşısında isə hərbçilər və zirehli texnika növbə çəkib.

Xatırladaq ki, Meksika Milli Müdafiə Nazirliyi fevralın 22-də "El Menço"nun ləvğ edildiyini açıqlamışdı. O, Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma zamanı ağır yaralanmış və xəstəxanaya aparılarkən yolda ölmüşdü. Bu xüsusi əməliyyatdan sonra ölkə daxilində yolların bağlanması və kütləvi iğtişaşlar baş versə də, prezident Klaudiya Şeynbaum fevralın 23-nə olan məlumata görə vəziyyətin tam nəzarətə götürüldüyünü bildirmişdi.

Chosen
65
afn.az

1Sources