EN

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 3 mart, AZƏRTAC

Türkiyə regionda davamlı sülhü dəstəkləyir. Biz qan tökülməsinə qarşıyıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ankarada hakim Ədalət və İnkişaf Partiyasının rəsmiləri qarşısında çıxış edərkən bildirib.

O, qonşu İrana edilən zərbələri beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb. “Bu zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei də daxil olmaqla çox sayda iranlı qardaş və bacı, günahsız uşaqlar həlak olub”- deyə dövlət başçısı bildirib.

Türkiyə lideri ölkəsi və xalqı adından İran xalqına başsağlığı verib.

Onun sözlərinə görə, hər hansı bir müharibədə olduğu kimi münaqişənin əsas yükünü mülki şəxslər daşıyır.

“Türkiyə münaqişənin ilk günündən diplomatik həll yolu tapmağa çalışıb. Bölgədəki dost və qardaş ölkələrlə birlikdə gərginliyin daha da artmasının qarşısını almaq üçün əlimizdən gələni etdik, lakin danışıqlar istənilən nəticəni vermədi. Fars körfəzindəki qardaşlarımız da qarşılıqlı hücumlardan əziyyət çəkdilər”, - deyə o vurğulayıb.

Prezident Ankaranın atəşkəs rejiminin bərqərar olması və bölgədə sakitliyin bərpası üçün bütün səviyyələrdə təmasları gücləndirəcəyini bildirib. “Türkiyə özü üçün istədiyini qonşuları üçün də istəyir. 1639-cu ildən bəri dinc yanaşı yaşadığımız İran xalqı bölgədəki digər xalqlar kimi bizim də qardaşlarımızdır”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
azertag.az

2Sources