Azertag saytına istinadən ain.az xəbər verir.
Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ Dövlət Departamenti regiondakı gərginlik səbəbindən vətəndaşlarını 10-dan çox Yaxın Şərq ölkəsini tərk etməyə çağırıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Katibinin Konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar bildirib. Onun sözlərinə görə, İran, İraq, İordaniya, Livan, Bəhreyn, İsrail, Misir, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyndəki amerikalılar əlçatan nəqliyyatından istifadə edərək regionu dərhal tərk etməlidirlər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.