EN

Rafinya “Atletiko” ilə cavab oyunu barədə: “1% ehtimal, 99% inam”

“Barselona”nın cinah oyunçusu Rafinya Kral Kubokunda “Atletiko Madrid”ə qarşı keçiriləcək cavab oyunundan əvvəl sosial mediada azarkeşlərə müraciət edib.

İdman.Biz bildirir ki, yarımfinalın cavab oyunu 3 mart çərşənbə axşamı günü “Kamp Nou”da keçiriləcək.

Kataloniyalılar ilk oyunda 4:0 hesabı ilə məğlub olublar.

“1% ehtimal, 99% inam. Sizə inanırıq”, - deyə Rafinya yazıb.

İdman.Biz
Chosen
70
1
idman.biz

2Sources